DataLife Engine / Bakıda dava düşüb, gənc oğlan ürəyindən bıçaqlanıb

Bakıda dava düşüb, gənc oğlan ürəyindən bıçaqlanıb

Bakının Nizami rayonunda bir nəfər ağır xəsarət alıb.
BiG.AZ APA-ya istinadən bildirir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Hüseynov Ziya Cabir oğlu naməlum şəxslərlə dava zamanı ürəyindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 3 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

7-11-2022, 12:29
Вернуться назад