DataLife Engine / Xəzərdə naməlum kişi cəsədi aşkar edilib

Xəzərdə naməlum kişi cəsədi aşkar edilib

Xəzərdə naməlum kişi cəsədi aşkar edilib


Bu gün Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 6 km aralı, nəzarətsiz ərazi) naməlum kişi cəsədi aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən MAY.AZ-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.
29-07-2018, 20:51
Вернуться назад