DataLife Engine / Yeni il günü maşını aşırdı, arvadı və nəvəsi öldü

Yeni il günü maşını aşırdı, arvadı və nəvəsi öldü

Dekabrın 31-də saat 7 radələrində Babək rayonunun Cəhri qəsəbəsi ərazisində Payız kənd sakini K.Alcəfərov idarə etdiyi "Naz-Lifan 620" markalı avtomobili aşırıb.
DİN-in mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən sürücünün arvadı və nəvəsi aldıqları xəsarətlərdən hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Babək RPİ tərəfindən araşdırma aparılır.
2-01-2023, 12:02
Вернуться назад