DataLife Engine / Nepalda dəhşətli zəlzələ - Ölənlərin sayı 128-ə çatdı

Nepalda dəhşətli zəlzələ - Ölənlərin sayı 128-ə çatdı

Nepalda zəlzələ nəticəsində azı 128 nəfər həlak olub, mindən çox insan yaralanıb.

MAY.AZ xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, hazırda fəlakət bölgəsində axtarış-xilasetmə işləri aparılır.
Xatırladaq ki, Hindistan – Nepal sərhədində 6,4 maqnitudalı zəlzələ olub. Yerli hakimiyyət orqanları itkilərin sayının artacağını istisna etmirlər. Belə ki, yeraltı təkanlar nəticəsində əsasən dağlıq bölgədə yerləşən əyalətlərin bəziləri ilə əlaqə tamami ilə kəsilib. 
4-11-2023, 05:50
Вернуться назад