DataLife Engine / Sərnişin avtobusu adam vurdu

Sərnişin avtobusu adam vurdu

Xətai rayon Polis İdarəsindən Milli.az xəbərlər portalına verilən məlumata görə, dünən axşam saatlarında rayonun M.Hadi küçəsində Lənkəran şəhər sakini Asif Əhmədov idarə etdiyi "MAN" markalı sərnişin avtobusu ilə Bakı şəhər sakini Saleh Bağırovu vurub. Ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən S.Bağırov orada dünyasını dəyişib.

Faktla bağlı Xətai rayon Pİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


Anar Məmmədov
Milli.Az


6-01-2010, 20:05
Вернуться назад