DataLife Engine / 72 yaşlı qadın cinayətkara təslim olmadı

72 yaşlı qadın cinayətkara təslim olmadı

Rayon Polis Şöbəsindən Milli.Az xəbərlər portalına verilən məlumata görə, Rəsulzadə küçəsi, ev 33-də yaşayan 72 yaşlı Tamara Hüseynovanın evinə daxil olan maskalı şəxs, onu bıçaqla hədələyərək pul tələb edib. Müqavimətlə üzləşən həmin şəxs niyyətini həyata keçirə bilməyib və hadisə yerindən qaçıb.

Görülən tədbirlər nəticəsində Neftçala şəhər sakini, əvvəllər məhkum olunmuş 39 yaşlı Elnur Əsgərov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.  


Anar Məmmədov
Milli.Az
6-01-2010, 20:10
Вернуться назад