DataLife Engine / Əsgər yoldaşını qətlə yetirən hərbi qulluqçuya 13 il cəza verildi

Əsgər yoldaşını qətlə yetirən hərbi qulluqçuya 13 il cəza verildi

Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin 4-cü motoatıcı taborunun əsgəri Mənsur Qəmbərov 13 il azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), döyüş növbəsi çəkmə qaydalarını pozma (338.1) maddəsi ilə ittiham olunub.

2008-ci ilin aprel ayında Yevlax rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Qəmbərov 2009-cu il iyunun 4-də əsgər yoldaşı Orxan Hüseynovu özünə təhkim olunmuş AKM markalı avtomat silahla atəş açaraq qətlə yetirib.

/Trend News/
5-01-2010, 20:15
Вернуться назад