DataLife Engine / Atəşkəs pozuldu

Atəşkəs pozuldu

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanvarın 6-da saat 09.10-dan 09.17-dək və 20.30-dan 20.45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.45-dən 23.00-dək və 23.10-dan 23.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, yanvarın 7-də saat 04.50-dən 05.00-dək isə Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Trend News
7-01-2010, 18:23
Вернуться назад