DataLife Engine / Ermənilər Qazaxda qəbiristanlığı dağıdıblar

Ermənilər Qazaxda qəbiristanlığı dağıdıblar

Bu barədə məlumatı ANS PRESS-ə rayon sakini, Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabit Namiq Famil oğlu Əliyev verib. Onun sözlərinə görə, ərazidə təqribən 50 məzar dağıdılıb.

Hadisə yerinə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Fərman Nağdəliyev, rayonun polis şöbəsinin rəis müavini, Milli Təhlükəzilik Nazirliyinin Qazax rayon şöbəsinin rəhbəri və kənd sakinləri toplaşıb.

Rayon polis şöbəsinin rəis müavini Ədalət Sadıxov ANS PRESS-ə bildirib ki, həqiqətən də məzarlıqda qəbirlər dağıdılıb. Təqribən 30 məzar tamamilə məhv edilib. Dünən dəfn olunan bir nəfərin məzarının üzərinə isə taxtadan xaç işarəsi qoyulub. Ə.Sadıxov bildirib ki, ilkin ehtimala görə, məzarlığı ermənilər dağıdıblar. Belə ki, işğal altında olan Qızılhacılı kəndi ilə Ermənistanın İcevan rayonunun Barkaber kəndi arasında 7 km məsafə var və kənd qəbiristanlığı erməni postunun yaxınlığındadır. Həmin ərazidə yaşayış məntəqəsi mövcud deyil, gediş-gəliş isə ümumiyyətlə yox dərəcəsindədir.

ANS PRESS
8-01-2010, 21:42
Вернуться назад