DataLife Engine / Ağdamda 13 yaşlı qız itkin düşdü

Ağdamda 13 yaşlı qız itkin düşdü

Ağdam rayonunda yeniyetmə qız itkin düşüb.

"Qafqazinfo" xəbər verir ki, rayonun Quzanlı qəsəbə sakini A.Nərimanova polisə müraciət edərək 2011-ci il təvəllüdlü qızının itkin düşdüyünü bildirib.

O qeyd edib ki, övladı mayın 30-da birgə yaşadıqları evi tərk edib və bir daha geri qayıtmayıb.

Müraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.


1-06-2024, 10:13
Вернуться назад