DataLife Engine / Nihat və İbrahim qoyunları yuyanda batıblar - FOTO

Nihat və İbrahim qoyunları yuyanda batıblar - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabad rayonunun Hamarqışlaq kəndində göldə 2 nəfər batıb.

Lent.az-ın məlumatına görə, göldə boğulan gənclərlə bağlı yeni detallar məlum olub.

Məlumata görə, 2008-ci il təvəllüdlü Nihat Aşurov və 2004-cü il təvəllüdlü İbrahim Həsənov qoyunları yuyarkən ehtiyatsızlıqdan göldə boğulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Faciəli şəkildə ölən gənclərin fotosunu təqdim edirik:


20-06-2024, 11:30
Вернуться назад