DataLife Engine / Şirkət əməkdaşları qəzaya düşdülər: Yaralılar var

Şirkət əməkdaşları qəzaya düşdülər: Yaralılar var

Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobil aşıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

Xəsarət alanların Kəlbəcərdə işləyən şirkət əməkdaşları olduğu bildirilir.

Qəza nəticəsində avtomobilin sürücüsü, Türkiyə vətəndaşı 1965-ci il təvəllüdlü H.Medat, sərnişinlər - 1975-ci il təvəllüdlü R.Səmədov, 1986-cı il təvəllüdlü Ə.Əsgərov, 1975-ci il təvəllüdlü T.Səmədov və 1977-ci il təvəllüdlü F.İlyasov xəsarət alıblar.

Faktla bağlı araşdırma başlanılıb.

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Ömər aşırımında qeydə alınıb.

Avtomobilin aşırımdan aşması nəticəsində Türkiyə vətəndaşları yaralanıblar. Onlar tikinti şirkətlərindən birində çalışırlarmış.

Faktla bağlı araşdırma aparılır.


21-06-2024, 07:24
Вернуться назад