DataLife Engine / Gömrük əməkdaşları Şabranda qəzaya düşüb, ölən və yaralananlar var

Gömrük əməkdaşları Şabranda qəzaya düşüb, ölən və yaralananlar var

Şabran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

"Report"un Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "SHACMAN" markalı yük maşını ilə "Mercedes-Benz" markalı minik avtomobili toqquşub.

Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Vahid Seymur oğlu Əmirlinin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


1-07-2024, 08:09
Вернуться назад