DataLife Engine / Bakıda 35 yaşlı kişi evində vəhşicəsinə döyüldü

Bakıda 35 yaşlı kişi evində vəhşicəsinə döyüldü

Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

"Report"un məlumatına, Hövsan qəsəbəsində tanışı ilə mübahisə zamanı döyülən 1989-cu il təvəllüdlü Emil Elmar oğlu Yusubov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Qeyd edək ki, hadisə E.Yusubovun yaşadığı evdə baş verib.

Hadisənin təfərrüatı araşdırılır.


3-07-2024, 07:43
Вернуться назад