DataLife Engine / Bakıda baldız yeznəsini bıçaqlayıb

Bakıda baldız yeznəsini bıçaqlayıb

Bakının Xəzər rayonunda ailə-məişət zəminində dava zamanı qadın kişini bıçaqlayıb.

APA xəbər verir ki, hadisə Qala qəsəbəsində baş verib.

1975-ci il təvəllüdlü Arif Aqif oğlu Səlimov yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı qadın A.Səlimova bıçaq zərbəsi vurub.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.


4-07-2024, 06:43
Вернуться назад