DataLife Engine / Beyləqanda beş otaqlı ev tamamilə yanıb

Beyləqanda beş otaqlı ev tamamilə yanıb

Beyləqan rayonunda evdə yanğın olub.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, rayonun Bünyadlı kəndində ümumi sahəsi 270 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


15-07-2024, 07:52
Вернуться назад