DataLife Engine / Hacıqabulda iki yaşlı uşaq ölüb

Hacıqabulda iki yaşlı uşaq ölüb

Hacıqabul rayonunda Türkiyədən olan iki yaşlı uşaq olub.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Navahı kəndində baş verib.

Belə ki, Türkiyə vətəndaşı, 2022-ci il təvəllüdlü Damla Rəhimoğlunun həkiməqədər ölüm faktı qeydə alınıb.

Üzərində heç bir zorakılıq əlaməti aşkar olunmayan uşağın pnevmoniyadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.


23-07-2024, 12:13
Вернуться назад