DataLife Engine / Ağdaşda borc üstündə bıçaqlanma olub

Ağdaşda borc üstündə bıçaqlanma olub

Ağdaşda bıçaqlanma hadisəsi olub.

APA xəbər verir ki, rayon sakini Röyal Məmmədov bıçaqla Ehtiram Əzizova xəsarət yetirib. O, hadisədən sonra ərazidən uzaqlaşıb. Tərəflər arasında mübahisənin borc üstündə baş verdiyi bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən R.Məmmədov saxlanılıb, araşdırmalar davam etdirilir.


30-07-2024, 12:03
Вернуться назад