DataLife Engine / Bakıda qanlı dava: Saxlanılan var

Bakıda qanlı dava: Saxlanılan var

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 1964-cü il təvəllüdlü İlyas Əhmədov münaqişə zəminində Saatlı rayon sakini, 1994-cü il təvəllüdlü Vüqar Mirzəyevi bıçaqlayıb.

Qarın nahiyəsindən bıçaq xəsarəti alan yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən İ.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.


26-08-2024, 14:40
Вернуться назад