DataLife Engine / Yola bitum dağıldı: Altı maşın sürüşüb toqquşdu

Yola bitum dağıldı: Altı maşın sürüşüb toqquşdu

Bu gün səhər saatlarında Bakı şəhər Binəqədi rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, Kənar Dairəvi yoldan Biləcəriyə düşən enişli yolda bitumdaşıyan yük maşınında sızma baş verib.

Yolun hərəkət hissəsinə bitum tökülməsi nəticəsində oradan keçən avtomobillər qəzaya uğrayıb.

Hadisə zamanı ümumilikdə 6 maşına və bir iritutumlu avtobusa ziyan dəyib.

Əraziyə hərəkəti tənzimləmək üçün yol polisi əməkdaşları cəlb ediliblər.

Yola bitum dağıldı: Altı maşın sürüşüb toqquşdu

9-09-2024, 10:02
Вернуться назад