DataLife Engine / Bakıda baş verən silahlı insidentin detalları: "Özünü MTN əməkdaşı kimi təqdim edib"

Bakıda baş verən silahlı insidentin detalları: "Özünü MTN əməkdaşı kimi təqdim edib"

Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.

Şübhəli şəxs hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.

Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Zərərçəkmiş Rauf İsmayılov Baku TV-yə bildirib ki, maskalı şəxs onun evinə özünü MTN əməkdaşı kimi təqdim edərək daxil olub:

"Qızım kameradan görüb ki, evə maskalı şəxs daxil olur. Buna görə polisə məlumat verib və dərhal evimə əməliyyat təşkil olunub".

Daha ətraflı Baku TV-nin süjetində:

Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.

Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Müəyyən edilib ki, cinayət əməlini əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan Eldəniz Məmmədhüseyn oğlu Şükürov törədib.

Hadisə yerindən cinayət aləti olan "Makarov" tapançası aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


10-09-2024, 07:16
Вернуться назад