DataLife Engine / 54 yaşlı kişi su kanalında boğuldu

54 yaşlı kişi su kanalında boğuldu

54 yaşlı kişi su kanalında boğuldu


Saatlı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Məmmədov Kamil Əmirxan oğlu yaşadığı evin yaxınlığındakı beton su kanalına yıxılıb. K.Məmmədov köməksiz vəziyyətdə qalaraq suda boğulub ölüb.

Onun meyiti qohumları tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
26-12-2019, 14:28
Вернуться назад