11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Vəhşət namazı necə qılınmalıdır? Bu namazı nə vaxt qılaq?

Vəhşət namazı necə qılınmalıdır? Bu namazı nə vaxt qılaq?
Cavab: Meyyitin qəbrə qoyulduğu birinci gecədə onun üçün iki rükət vəhşət namazı qılmaq müstəhəbbdir.

Onun qaydası budur ki, birinci rükətdə “Həmd” surəsi oxuduqdan sonra bir dəfə “Ayətül-kürsü”, ikinci rükətdə isə “Həmd” surəsindən sonra on dəfə “Qədr” surəsi oxunmalıdır.

Namazın salamından sonra:

اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ابْعَثْ ثَوابَهَا اِلَى قَبْرِ فُلاَنٍ

«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin vəb’əs səvabəha ila qəbri fulan» demək lazımdır. «Fulan» kəlməsinin əvəzinə meyyitin adı deyilməlidir.

Vəhşət namazını qəbrin birinci gecəsinin istənilən vaxtında qılmaq olar. Lakin gecənin əvvəlində, işa namazından sonra qılmaq daha yaxşıdır.

Əgər meyyiti uzaq bir şəhərə aparmaq istəsələr, yaxud başqa bir səbəbdən onun dəfni tə’xirə düşsə, vəhşət namazını meyyitin qəbrə qoyulduğu birinci gecəyə qədər tə’xirə salmaq lazımdır.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.644 
İslam
İslamda analara münasibət

İslamda analara münasibət...

İslam
Orucu pozan və pozmayan halların — SİYAHISI

Orucu pozan və pozmayan halların —...

İslam
Fitrə zəkatı nə qədər verilməlidir? - Video

Fitrə zəkatı nə qədər verilməlidir?...

İslam
Hacı Şahinin ölüm səbəbi məlum oldu

Hacı Şahinin ölüm səbəbi məlum oldu...

İslam
DUA EDƏRKƏN EDİLƏN XƏTALAR

DUA EDƏRKƏN EDİLƏN XƏTALAR...

İslam
"Həcc ziyarətinə gedən zəvvarların heç bir çətinliyi yoxdur" - Şeyxülislam

"Həcc ziyarətinə gedən zəvvarların...

Комментарии (0)