11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Oruc tutanlar üçün VACİB MƏLUMAT - İmsakda və iftarda bunlara əməl edin

Oruc tutanlar üçün VACİB MƏLUMAT - İmsakda və iftarda bunlara əməl edin
Müqəddsə Ramazan ayında bir çox insanlar oruc tutur və digər ibadətlərini yerinə yetirirlər.
BAKU.WS xəbər verir ki, oruc tutan şəxslər qidalanma qaydalarına xüsusi diqqət etməlidir.
Qida rasionu elə tənzimlənməlidir ki, imsakdan iftara qədər aclıq və susuzluq ciddi problemə çevrilməsin. İmsak edən zaman tərkibində maye olan yeməklərə üstünlük verilməlidir.
Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Əfsanə Cabbarova hesab edir ki, imsakda düzgün qidalanaraq gün ərzində həm su, həm də enerji balansını qorumaq lazımdır: "İmsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həzm problemi yaşamamaq, həmçinin qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan çox istifadə edilməlidir. İmsakda yulaf, süd məhsulları və yumurtadan hazırlanan qidalardan istifadə edilməsi toxluq hissinin uzadılmasına səbəb olur".
Oruc tutarkən orqanizmin aclığa olan müqavimətinin artırılması və bədənin enerji dəyərinin yüksək saxlanılmasına çalışmaq lazımdır. İftarda isə daha çox yüngül qidalara üstünlük verilməlidir. Tərkibində duz, istiotlu və ədviyyatlı məhsulların istifadəsi mümkün qədər azaldılmalı, vitaminli, mineralların bol olduğu qidalar isə artırılmalıdır.
Həkim-diyetoloq Sevinc Həsənzadə iftarda qidalanma qaydaları barədə deyib: "İftarda yeməklər iki hissəyə bölünür. İlk növbədə sulu yeməyə üstünlük verilməlidir. Əsas yeməyə keçərkən salatlardan çox istifadə edilməlidir, çünki göyərtilərin tərkibində liflər var. Liflər əti ən tez həzm edən və parçalayan məhsul sayılır. Suyu isə əsas yeməkdən sonra, gün ərzində hər 1 saatdan bir içmək lazımdır ki, gecəyə doğru onun miqdarı bədəndə bərpa olunsun".
İftarda mədəni çox yükləmək olmaz, eyni zamanda iftardan sonra mütləq şəkildə ən azı 1 saat hərəkətdə olmaq, yüngül idman hərəkətləri etmək və gəzintiyə çıxmaq lazımdır ki, bu da həzm prosesinin sürətlənməsi, yorğunluq hissinin aradan qaldırılması, xüsusilə də yuxu rejiminin normallaşması üçün vacibdir.
İslam
İslamda analara münasibət

İslamda analara münasibət...

İslam
Orucu pozan və pozmayan halların — SİYAHISI

Orucu pozan və pozmayan halların —...

İslam
Fitrə zəkatı nə qədər verilməlidir? - Video

Fitrə zəkatı nə qədər verilməlidir?...

İslam
Hacı Şahinin ölüm səbəbi məlum oldu

Hacı Şahinin ölüm səbəbi məlum oldu...

İslam
DUA EDƏRKƏN EDİLƏN XƏTALAR

DUA EDƏRKƏN EDİLƏN XƏTALAR...

İslam
"Həcc ziyarətinə gedən zəvvarların heç bir çətinliyi yoxdur" - Şeyxülislam

"Həcc ziyarətinə gedən zəvvarların...

Комментарии (0)