11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Həcc ziyarətlərinin qiymətinin artması nə ilə bağlıdır?

Həcc ziyarətlərinin qiymətinin artması nə ilə bağlıdır?
"Hər il ölkəmizdə həcc ziyarətinin qiyməti açıqlanan zamanı qiymətin yüksək olması ilə bağlı geniş müzakirələr aparılır. Əksəriyyət qiymətin baha olmasından şikayətlənir.
Əvvəllər də qeyd etdiyim kimi, düşünürəm ki, Qafqaz Müsəlmanları İdarəsi qiymətin yüksək olmasının səbəbi barədə cəmiyyəti məlumatlandırmalıdır. Çünki ola bilsin ki, qiymətin bu qədər qalxması bilavasitə idarədən qaynaqlanmır. Ortada başqa səbəblər də ola bilər. Bütün hallarda məsələyə aydınlıq gətirilməlidir".


Bu sözləri BiG.AZ-a deputat Ceyhun Məmmədov deyib.


O bildirib ki, sosial mediada həclə bağlı gedən müzakirələrə gəldikdə isə, hər kəs bilməlidir ki, imkanı olan hər bir müsəlman ömründə bir dəfə mütləq həcc ibadətini yerinə yetirməlidir. Bu islamın vacib şərtlərindən biridir.


"Həccə verilən pulun sədəqə kimi istifadə olunması məsələsinə gəldikdə isə söhbət ikinci dəfə həcdən gedirsə bəli həmin pulun sədəqə kimi istifadə olunması məqsədəuyğundur və bunun savabı daha böyükdür. Sonda isə hesab edirəm cəmiyyətdə hər kəs bir-birinin inancına, etiqadına və düşüncə tərzinə hörmət etməyi bacarmalı, dini ibadət və ayinləri aşağılamaqdan, ələ salmaqdan çəkinməlidir. Çünki hərənin öz etiqadı, düşüncəsi və toxunmazlıqları var.
Necə ki, hər birimiz düşüncələrimizə hər kəsin hörmətlə yanaşmasını istəyirik, eləcə də eyni münasibəti başqalarına qarşı da göstərməliyik. Əlavə "əllaməlik" etməyə ehtiyac yoxdur. Çünki hesab o dünyada çox ağır olacaq".
İslam
Süfrə duasl

Süfrə duasl...

İslam
Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Ramazanın 27-ci gününün duası -...

İslam
Almaniyada məscidlərə yandırılmış Quran göndərildi

Almaniyada məscidlərə yandırılmış...

İslam
Siğə(Mütə) Quranda

Siğə(Mütə) Quranda...

İslam
Qurani-Kərimdən müstəcəb dualar

Qurani-Kərimdən müstəcəb dualar...

İslam
Evliliyin Hökmü

Evliliyin Hökmü...

Комментарии (0)