DataLife Engine / Həcc ziyarətinin qiymətləri artıb?

Həcc ziyarətinin qiymətləri artıb?

Xəbər verdiyimiz kimi, Azərbaycandan həcc ziyarətinə sənəd qəbulu başa çatıb. Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, azərbaycanlı zəvvarlar üçün ayrılmış 1500 nəfərlik kvota artıq dolub.

Bu barədə BiG.AZ-a iqtisadçı ekspert Eldəniz Əmirov açıqlama verib.

O bildirib ki, hazırda bir nəfər üçün Həcc ziyarətinin qiyməti 5 min 850 ABŞ dollardır.

"Ötən il isə mart ayında bu qiymət 5 min 750 dollar olmuşdur. Bu ötən illə müqayisədə ciddi artım deyil. Ona görə ki, bunu faizə çevirdikdə bu il ötən ildən təxminən 1,7% artım olmuşdur. İnfilyasiya faktorunu nəzər alınsa bu elə də ciddi artım deyil. Çünki, ötən il Azərbaycanda 8,8 faiz, Ərəbistanda isə 2,47% infilyasiya olmuşdur. Odur ki, 1.7% artım normal hesab edilə bilər.
Lakin ümumiyyətlə "Bir nəfər üçün 5 min 850 ABŞ dollar, təxminən 10 000 manata qədər olan qiymət çoxdur, yoxsa az?" sualına ciddi hesablama və təhlillər aparmadan cavab vermək mümkün deyil. Sadəcə onu qeyd etmək olar ki, tələbin yüksək olmasına rəğmən, təklifin kəskin az olması həmişə və hər yerdə qiymətlərə təsir edir. İstənilən xidməti təklif edən subyekt rəqibsiz olarsa və üstəlik məhdud sayla olarsa, bu özünü qiymətdə göstərməyə bilməz".


1-06-2024, 10:31
Вернуться назад