11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Ramazandan sonra qidalanma necə olmalıdır?

Ramazandan sonra qidalanma necə olmalıdır?
Ramazan ayı boyunca oruc tutanların orqanizmi günün çox hissəsini ac-susuz qalmağa öyrəşir. Birdən-birə müxtəlif qidalar qəbul etmək bir çox orqanlara ağır təsir edir. Bir ay gündə iki dəfə qida qəbul edən orqanizmin normal rejimə qayıtması bir sıra fəsadlara səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar məlumat verən həkim-terapevt Zakir Quliyev bildirib ki, normal qidalanma rejiminə yavaş-yavaş uyğunlaşmaq, bədəni çox yükləməmək lazımdır:

"Çünki orucluq vaxtı qidalanma rejimi dəyişdiyindən bədən yeni rejimə uyğunlaşmaqda çətinlik çəkir. Ona görə də Ramazandan sonra qidalanma saatları dəyişir və buna görə gündə üç dəfə qidalanmaq şərti ilə az-az yemək məsləhət görülür".

Mütəxəssislər ürək-damar xəstəliklərindən, xüsusilə şəkərli diabetdən əziyyət çəkənlərin qidalarına daha çox diqqət göstərməyi tövsiyə edirlər. Gündəlik qida rasionunda çoxlu maye və meyvə-tərəvəzə üstünlük verilməlidir.
Həkim-diyetoloq Sevinc Həsənzadə deyib:

"Xüsusilə tərkibi liflərlə zəngin olan tərəvəzlərlə qidalanmaq lazımdır. Nə qədər liflərlə zəngin qida qəbul edilsə, həzm sistemi o qədər yaxşı bərpa olunar. Təbii ki, həzmi yüngülləşdirmək üçün qida əlavələrindən, məsələn, probiotiklərdən, selen və maqneziumdan istifadə etmək lazımdır".

Mədənin yüklənməməsi üçün balanslı qidalanmaq əsas şərtlərdən biridir. Bundan başqa, yaxşı olar ki, yeməkdən ən azı 1-1,5 saat keçəndən sonra su, çay, şirə və qazlı sular qəbul edilsin.
Ramazan
Orucun sağlamlığa faydaları

Orucun sağlamlığa faydaları...

Ramazan
Bayram gününə xas əməllər hansılardır?

Bayram gününə xas əməllər...

Ramazan
Qədr gecəsi

Qədr gecəsi...

Ramazan
Oruc tutmağın qaydaları

Oruc tutmağın qaydaları...

Ramazan
Orucu pozan əməllər

Orucu pozan əməllər...

Ramazan
Mübarək Ramazan ayının gündəlik duaları

Mübarək Ramazan ayının gündəlik...

Комментарии (0)