11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Zəhraya ŞƏHİD adı verilir

Zəhraya ŞƏHİD adı verilir
Zəhraya ŞƏHİD adı verilir



Ermənilərin ötən gün mülki şəxsləri atəşə tutması nəticəsində ölən 2 yaşlı Zəhra Quliyevaya Şəhid adı verilə bilər.

Bu barədə millət vəkili Fəzail Mustafa BAKU.WS-ə bildirib. Onun sözlərinə görə cəbhə bölgəsində dünyasını dəyişən hər bir şəxs şəhid adı verilə bilər.

"Müharibə şəraitində düşmənin müəyyən təxribatı nəticəsində dünyasını dəyişən insanlar şəhid adını qazanırlar. Ona görə də, Zəhraya şəhid adının verilməsində heç bir problem olmamalıdır", - deyə Fazil Mustafa bildirib.

Millət vəkili Zəhraya şəhid statusunun verilməsi üçün Füzuli rayonun İcra Hakimiyyətinin məsələ qaldırmalı olduğunu deyir.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, hüquqi baxımından aidiyyatı qurumlar bu işlə məşğul olmalıdırlar. "Sözün əsl mənasında əlbəttə Zəhra şəhiddir amma hüquqi baxımından bilmirəm körpə uşağa şəhid adı verilirmi".

Qeyd edək ki, İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzulirayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.
Qarabag
İlham Əliyev: "Biz onları geri oturtmalı idik və bunu da etdik"

İlham Əliyev: "Biz onları geri...

Qarabag
Qumbaranın üstünə atılaraq 30 əsgəri xilas edən ŞƏHİDİMİZ

Qumbaranın üstünə atılaraq 30...

Qarabag
Ordumuz hərəkətə keçdi: minaatan kompleksləri işə düşdü

Ordumuz hərəkətə keçdi: minaatan...

Qarabag
"Yaxın saatlarda aprel döyüşləri təkrarlana bilər"

"Yaxın saatlarda aprel döyüşləri...

Qarabag
Azsaylı xalqların nümayəndələrinin məcburi cəbhəyə göndərilməsi xəbəri təkzib edildi

Azsaylı xalqların nümayəndələrinin...

Qarabag
Prezident: “Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, danışıqlara hazırıq”

Prezident: “Ermənistanın baş naziri...

Комментарии (0)