DataLife Engine / Qarabağdakı Türkiyə hərbçiləri azad edilmiş əraziləri minalardan da təmizləyəcək

Qarabağdakı Türkiyə hərbçiləri azad edilmiş əraziləri minalardan da təmizləyəcək


Ağdamda yerləşəcək Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsində iştirak edəcəklər.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin NTV televiziyası məlumat yayıb.
Türkiyə hərbçiləri həmçinin Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində humanitar yardım fəaliyyətində də rol alacaqlar.

26-12-2020, 16:51
Вернуться назад