11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Evin sonbeşiyi, 7 nəvənin nənəsi – Fransanın yeni birinci xanımı

Evin sonbeşiyi, 7 nəvənin nənəsi – Fransanın yeni birinci xanımı
Evin sonbeşiyi, 7 nəvənin nənəsi – Fransanın yeni birinci xanımı


Fransada prezident seçkisi “İrəli” hərəkatının lideri Emmanuel Makronun qələbəsi ilə başa çatdı. O, mayın 7-də keçirilmiş ikinci turda 66%-dən çox səs toplayaraq ölkənin 8-ci prezidenti oldu.

Emmanuel Makron 1977-ci il dekabrın 21-i Amyen şəhərində anadan olub. Parisdə ali təhsil alıb. Bank sektorunda çalışıb, Fransa prezidenti yanında baş katibin müavini olub. 2014-2016-cı illərdə iqtisadiyyat, sənaye və rəqəmli texnologiyalar naziri postunu tutub. 2016-cı ildə Sosialist Partiyasından çıxaraq “İrəli” hərəkatını yaradıb.

Emmanuel Makronun qələbəsi ilə Fransada yeni birinci xanımın da adı bilindi. Bu, ərindən 24 il 8 ay 8 gün böyük olan Bricit Tronyedir. Novator.az Bricit Tronyenin ömür yolunu təqdim edir.

Bricit 1953-cü il aprelin 13-də Amyen şəhərində, şirniyyat fabrikinin sahibi Jan Tronyenin ailəsində doğulub. 1872-ci ildə yaradılan fabrik öz peçenyesi ilə məşhurdur, ailəyə ildə 4 milyon avro gəlir gətirir.

Bricit Tronye ailəsinin 6-cı uşağı – sonbeşikdir.

Atasının yolunu davam etdirmək istəməyən Bricit fransız və latın dili müəllimliyini seçib.

1974-cü il iyunun 22-də 21 yaşlı Bricit bankir Andre Lui Ozyerə ərə gedib. Bricitin bu nikahdan üç övladı var: oğlu Sebastyan, qızları Lorans və Tiffani.

1993-cü ildə 39 yaşlı Bricit doğma şəhəri Amyendə müəlliməlik edib, eyni zamanda “La providence” fərdi məktəbində teatr dərnəyi aparıb. Elə buradaca 15 yaşlı məktəbli Emmanuel Makron Bricitə vurulub. Makron eşqini müəlliməyə dərs ilinin sonunda etiraf edib.

Emmanuelin atası, nevrologiya üzrə professor Jan-Mişel Makron Bricitin oğlu ilə ünsiyyətinə qadağa qoyub. Emmanuelin 17 yaşı tamam olanda valideynləri onu Parisə, IV Henrix adına gimnaziyaya oxumağa göndəriblər. O vaxtdan Makronla Bricit yalnız məktublaşa biliblər.

2007-ci ildə Bricit ərindən ayrılaraq Makronun yanına – Parisə gəlib və onlar evləniblər. Bricitin qızları Lorans və Tiffani analarının toyunda iştirak ediblər.

Hazırda Bricit xoşbəxt nənədir. Övladları ona 7 nəvə bəxş edib. Makron onlarla öz nəvələri kim davranır.

Bricit özünü Makronun siyasi karyerasına həsr edib. O, siyasi çıxışların hazırlanmasında Makrona yardım göstərir. Amma Bricit siyasi xadim olmaq niyyətində deyil. O deyir ki, yalnız ərinin yanında olmaq istəyir.

Emmanuel və Bricitin birgə nikahdan uşaqları yoxdur. Mediaya açıqlamasında Makron bildirib ki, onlar Bricitlə uşaq dünyaya gətirməmək qərarı veriblər. Makron bioloji uşaqlara və nəvələrə ehtiyacı olmadığını vurğulayıb.
Evin sonbeşiyi, 7 nəvənin nənəsi – Fransanın yeni birinci xanımı
Evin sonbeşiyi, 7 nəvənin nənəsi – Fransanın yeni birinci xanımı
Həyat tərzi
Putinin yeni sevgilisi - FOTOLAR

Putinin yeni sevgilisi - FOTOLAR...

Həyat tərzi
Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş

Kadırovun atası Putinə qarşı şərt...

Həyat tərzi
Zaur oğlu olsa ona bu adı vermək istəyir

Zaur oğlu olsa ona bu adı vermək...

Həyat tərzi
50 yaşında həyatını dəyişdi, milyonçu oldu - VİDEO - FOTO

50 yaşında həyatını dəyişdi,...

Həyat tərzi
Tramp: Amerika dağılır

Tramp: Amerika dağılır...

Həyat tərzi
Ronaldonu tanımasıyla həyatı dəyişdi - FOTO

Ronaldonu tanımasıyla həyatı...

Комментарии (0)