11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Hacı Şahinin ölümündən əvvəl yazdığı SON STATUS - FOTO

Hacı Şahinin ölümündən əvvəl yazdığı SON STATUS - FOTO
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli vəfat edib.
BAKU.WS xəbər verir ki, Ş.Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.
İlahiyyatçı ölümündən qabaq dünən axşam saatlarında Ramiz Rövşənin şeirini paylaşıb.

Həsənli Şahin Hüseyn oğlu 1974-cü ildə iyulun 7-si Bakı şəhərində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbində təhsil almağa başlayıb və 1991-ci ildə təhsilini başa vurub. 1995-1997-ci illərdə cəbhə bölgəsində hərbi xidmət çəkib. 1991-1999-cu illərdə Azərbycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsində oxuyub. 2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. Ərəb, fars və rus dillərini bilir. Ailəlidir, dörd övladı var.
Hacı Şahin Həsənli 1991-ci ildən başlayaraq fərdi qaydada dini təhsil almağa başlayıb. 1992-ci ildə isə, Bakı şəhəri Yasamal rayonunda yerləşən "Hüseyniyyə" adlı kiçik ibadət evində ruhani fəaliyyətinə başlayıb. 2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaatdır.
Bu və öncəki illərdə müstəqil şəkildə dini təhsil almaqla yanaşı, dini mövzularda dərs tədris edib. Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərinin tədrisinə xüsusi diqqət yetirib. 2013-cü ildə "Məşədi Dadaş" məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyəli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub. Uzun illərdir ki, Həcc və Ərəfə karvanlarına rəhbərlik edir, zəvvarlara xidmət göstərirdi.
1998-2001-i illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinin sədri olaraq ictimai fəaliyyət göstərib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndiliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib.
Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub. 2007-ci ildə "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edirdi.
Həyat tərzi
Dünyanın 20 ən yaxşı çimərliyinin adı AÇIQLANDI

Dünyanın 20 ən yaxşı çimərliyinin...

Həyat tərzi
Ər-arvad yatmazdan əvvəl bunları edir: 10 qızıl qayda

Ər-arvad yatmazdan əvvəl bunları...

Həyat tərzi
NASA-nın keçmiş əməkdaşı: "1961-ci ildə yadplanetliləri gördük"

NASA-nın keçmiş əməkdaşı: "1961-ci...

Həyat tərzi
Son 10 ilin ən bahalı toyları

Son 10 ilin ən bahalı toyları...

Həyat tərzi
"Tokay məni öldürmək istəyirdi" - Ömər Eldarov

"Tokay məni öldürmək istəyirdi" -...

Həyat tərzi
63 yaşlı müəllimə 17 yaşlı yeniyetməni intim münasibətə məcbur etdi - SAXLANILDI - FOTO

63 yaşlı müəllimə 17 yaşlı...

Комментарии (0)