11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"Valideynlər uşağı zorla gətirir ki, oxumalıdır"

"Valideynlər uşağı zorla gətirir ki, oxumalıdır"
"Musiqimizin inkişafı üçün sevindirici haldır ki, belə bir forum baş tutdu. Bəzi məsələlər gündəmə gələcək. Çalışmalıyıq ki, musiqimizdə, mədəniyyətimizdə inkişaf olsun. Bir çox ölkələrdə olmuşam, amma öz musiqimizdə olan zənginlik heç yerdə yoxdur".


Bu sözləri Axşam.az-a açıqlamasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində baş tutan Musiqi Forumunda iştirak edən Xalq artisti Gülyanaq Məmmədova deyib. O, musiqimizdəki problemlərə görə kanalları və sosial şəbəkələri günhalandırıb:


"Musiqimizdə problemlər var. Heç vaxt problemsiz olmayıb. Bayağı musiqilər çox yer aldığı üçün çalışırıq musiqimizin bünövrəsini qoruyaq ki, onu gələcək nəsilə ötürək. Gündəmdə olan şit mahnıları aradan çıxarmalıyıq.


Bəzən buna görə kanalları da günahlandırıram. Ona görə də bir çox verilişlərə getmirik. Gedirəm görürəm ki, yanımda biri oturub. Tamaşaçı deyir ki, Gülyanaq, səndən gözləməzdim, bu uşaqların sənin yanında nə işi var? Deyirəm ki, yox onlar da gəncdir, bəlkə içlərindən istedadlısını tapmaq olar. Valideynlər əvvəl uşaqlarını oxumağa qoymurdular, indi qolundan tutub zorla gətirirlər ki, oxumalıdır. Qulaq asırıq istedadı varsa, dəstək oluruq, yoxdursa, deyirik ki, başqa sahəyə yönləndirin.


Təkcə televiziyaları yox, sosial şəbəkələrin də bayağı mahnıların yayılmasında böyük rol oynayır. İndi plastik əməliyyatla xanımlar necəki biri-birinə oxşayır, bayağı ifaçıların da mahnılarını kompüterlə necə yığılırsa, hamısı biri-birinə bənzəyir. Radioda qulaq asdıqda bilməyəcəksən ki, kimdir. Səs öz rəngi, xarakteri ilə seçilmlidir. Şövkət Ələkbərova, Rəşid Behbudovun dövründə də belə ifaçılar var idi. Amma əsəs hazırda onların məktəbi keçirilir".
Həyat tərzi
Dünyanın 20 ən yaxşı çimərliyinin adı AÇIQLANDI

Dünyanın 20 ən yaxşı çimərliyinin...

Həyat tərzi
Ər-arvad yatmazdan əvvəl bunları edir: 10 qızıl qayda

Ər-arvad yatmazdan əvvəl bunları...

Həyat tərzi
NASA-nın keçmiş əməkdaşı: "1961-ci ildə yadplanetliləri gördük"

NASA-nın keçmiş əməkdaşı: "1961-ci...

Həyat tərzi
Son 10 ilin ən bahalı toyları

Son 10 ilin ən bahalı toyları...

Həyat tərzi
"Tokay məni öldürmək istəyirdi" - Ömər Eldarov

"Tokay məni öldürmək istəyirdi" -...

Həyat tərzi
63 yaşlı müəllimə 17 yaşlı yeniyetməni intim münasibətə məcbur etdi - SAXLANILDI - FOTO

63 yaşlı müəllimə 17 yaşlı...

Комментарии (0)