11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"5 maşınım, 8 marka saatım, 1000 təsbehim var"

"5 maşınım, 8 marka saatım, 1000 təsbehim var"

"Hər il film ssenarisi, kitab, roman yazmaq istəyirəm. Çünki içimdə o qədər şey yığılıb ki... Onları bacardıqca işimizin ssenarisinə daxil edirəm. Bütün bunları etməyə həyatın tempi mane olur. İndi prodüser və aktyor kimi işlərim var. Bunlar səni görmək istədiyin işlərdən uzaqlaşdırır".


Axşam.az xəbər verir ki, bu sözləri türk aktyor Oktay Kaynarca açıqlamasında deyib. O, çəkiliş saatlarından şikayətlənib:


"O qədər sürətlə işləyirik ki... Beş günə 145 dəqiqəlik material çəkirik. Bu vəziyyətdə necə vaxtımız ola bilər? Nə həyat yoldaşı, nə dost, nə sevgili, nə şəxsi həyat, nə də yuxu var. Baş rol aktyorları nəyi nəzərdə tutduğumu bilirlər. Sosial həyat deyə bir şey yoxdur".


Kaynarca aktyor, yoxsa prodüser kimi serialdan daha çox pul qazanması ilə bağlı sualı belə cavablayıb:


"Aktyor kimi. Hətta bəzən aktyorluq haqqımdan da imtina etməli oluram. Etiraf edirəm ki, bəzən prodüser hamının pulunu vaxtında ödəyir, mənimkini yox".


Aktyor hobbilərindən də danışıb:


"5 maşınım, 1000 təsbehim var. Hobbilərim maşınlar, təsbehlər və saatlardır. Səkkiz saatım var, lakin hamısı tanınmış markalardandır.


Avtomobillərimdən ikisi köhnədir: biri "Jaguar", digəri "Cadillac", 80-ci illərin modeli. 1970-ci və 1974-cü illərin "Cadillac"ları da varım idi, onları verdim. Avtomobillər vaxtaşırı əl dəyişir".


Qeyd edək ki, Kaynarca hazırda "Ben bu cihana sığmazam" serialının baş rolunu ifa edir.


Həyat tərzi
Tatuajın yaratdığı ciddi təhlükə

Tatuajın yaratdığı ciddi təhlükə...

Həyat tərzi
70 yaşlı gəlin, 80 yaşlı oğul, 105 yaşlı ana - Azərbaycanda üzunömürlülər ailəsi

70 yaşlı gəlin, 80 yaşlı oğul, 105...

Həyat tərzi
Valideynlərindən 32 min manat "qoparmaq" üçün görün nə oyun çıxartdı

Valideynlərindən 32 min manat...

Həyat tərzi
Hər kəs Almaniyada işləyən azərbaycanlı polis qızın bu görüntülərindən danışır (VİDEO)

Hər kəs Almaniyada işləyən...

Həyat tərzi
Azərbaycan və İsrailin aviasiya hakimiyyətləri danışıqlar aparıb

Azərbaycan və İsrailin aviasiya...

Həyat tərzi
50 yaşında həyatını dəyişdi, milyonçu oldu - VİDEO - FOTO

50 yaşında həyatını dəyişdi,...

Комментарии (0)