11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Yataq xəstələri və əlillərə ŞAD XƏBƏR

Yataq xəstələri və əlillərə ŞAD XƏBƏR
Yataq xəstələri və əlillərə ŞAD XƏBƏR


Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycanda palliativ yardım xidmətinə olan ehtiyacların qiymətləndirilməsini həyata keçirəcək.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən May.Az-a verilən məlumata görə, palliativ yardım xidməti dedikdə əlillərə, ahıllara, ağır yataq xəstələrinə, xəstəliyin ağırlaşan və geridönməz mərhələsi diaqnozu qoyulmuş pasiyentlərə həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə onlara və ailə üzvlərinə göstərilən xidmətlərin geniş tədbirlər sisteminin yaradılması nəzərdə tutulur.

2016-cı ilin cari ayından etibarən araşdırma məqsədi ilə İSİM-in mütəxəssisləri paytaxtda və regionlarda (Abşeron, Gəncə-Qazax, Lənkəran, Aran, Quba-Xaçmaz, Şəki-Zaqatala və Dağlıq Şirvan) hər birində seçilmiş tibb müəssisələrinin rəhbərliyi, həkimləri, orta tibb personalın köməyi ilə bu xidmətdən bəhrələnə biləcək xəstələri və onların yaxınları müəyyən edərək sorğuya cəlb ediləcəklər.

Araşdırma zamanı palliativ yardım xidmətinin yaradılması üçün mövcud imkanlar və əngəllər müəyyən ediləcək. Layihə çərçivəsində görüləcək işin nəticəsində palliativ yardım xidmətinin yaradılması üçün kadr potensialının gücləndirilməsi, texniki və digər resursların əlçatanlığının təmin edilməsi, habelə xidmətin təşkili üzrə metodoloji və institusional inkişafa dair təkliflərin hazırlanması, o cümlədən palliativ yardıma ehtiyacı olan əsas xəstə qruplarının və xəstəliklərin siyahısının tərtib edilməsi planlaşdırılır.

Gələcəkdə palliativ yardımdan faydalanacaq pasiyentlərin ehtiyac duyduqları dərman və digər tibbi ləvazimatların siyahısının ilkin olaraq müəyyənləşdirilməsində bu araşdırma yardımçı olacaq.

Araşdırmanın nəticələrinə əsaslanaraq müvafiq tövsiyələrlə hesabatın hazırlanması və Səhiyyə Nazirliyinin müvafiq qurumlarının, ictimai təşkilatların və digər maraqlı mütəxəssislərin iştirakı ilə müzakirələrin aparılması nəzərdə tutulur.

İlin sonuna kimi davam edəcək bu fəaliyyət "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.1.3 və 9.3.1-ci bəndlərinə, "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı” üzrə Fəaliyyət Planının 3.3.11-ci bəndinə uyğun olaraq həyata keçirilir.

Şahin Həbibov
Həyat tərzi
Putinin yeni sevgilisi - FOTOLAR

Putinin yeni sevgilisi - FOTOLAR...

Həyat tərzi
Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş

Kadırovun atası Putinə qarşı şərt...

Həyat tərzi
Zaur oğlu olsa ona bu adı vermək istəyir

Zaur oğlu olsa ona bu adı vermək...

Həyat tərzi
50 yaşında həyatını dəyişdi, milyonçu oldu - VİDEO - FOTO

50 yaşında həyatını dəyişdi,...

Həyat tərzi
Tramp: Amerika dağılır

Tramp: Amerika dağılır...

Həyat tərzi
Ronaldonu tanımasıyla həyatı dəyişdi - FOTO

Ronaldonu tanımasıyla həyatı...

Комментарии (0)