Bakıda qəribə hadisə baş verib.
Bakupost.az xəbər verir ki, Allahverdi Mirzəyev adlı Binə qəsəbə sakini arvadına məxsus evi sökməklə ona 50 min manat ziyan vurub. Bununla bağlı zərərçəkmiş şəxs – Nuranə Əliyeva polisə şikayət edib. Bildirib ki, aralarında yaranmış mübahisədən əsəbiləşən əri onu bu şəkildə cəzalandırıb. N.Əliyeva ona dəymiş ziyanın ödənilməsini tələb edir.
Faktla bağlı araşdırma aparılır.