DataLife Engine / Acun fabrik açdı! İşçilərinin 80 faizini qadınlar təşkil edəcək

Acun fabrik açdı! İşçilərinin 80 faizini qadınlar təşkil edəcək

Türkiyəli iş adamı, TV8 kanalının rəhbəri Acun Ilıcalı iş adamı Fatih Mələklə birlikdə Ərzurumda başmaq fabriki qurub.


BiG.AZ türk mediasına istinadən xəbər verir ki, işçilərinin 80 faizini qadınlar təşkil edən 500-dən çox işçinin çalışdığı 15 min kvadratmetr sahəsi olan fabrikin təntənəli açılış mərasimi keçirilib.


Fabrik Türkiyədəki mağazalar şəbəkəsi və internet satış kanalları vasitəsilə məhsullarını müştərilərinə çatdırır. 3 əsas qrupda istehsal etməklə xidmət göstərir: kişilər, qadınlar və uşaqlar.


Qeyd edək ki, fabrik Acun Ilıcalı, Ərzurum valisi Mustafa Çiftçi, Ərzurum Böyükşəhər Bələdiyyə Başçısı Mehmet Sekmen və digər rəsmilərin iştirakı ilə açılıb.

25-10-2023, 00:19
Вернуться назад