DataLife Engine / Dilan Polat həbsxanada bu qədər xərcləyə biləcək? -Şok məbləğ

Dilan Polat həbsxanada bu qədər xərcləyə biləcək? -Şok məbləğ

Dəbdəbəli həyatı, xərclədiyi pullar və açıqlamaları ilə tez-tez adından söz etdirən Dilan Polat son bir aydır müxtəlif səbəblərdən gündəm olur. Xəbər verdiyimiz kimi Dilan Polat ötən gün o, həyat yoldaşı, qardaşları və qohumları ilə birlikdə həbs edilib.


BiG.AZ türk mediasına istinadən xəbər verir ki, Engin Polat və Dilan Polat həbsdə olduqları müddət ərzində bir-birlərini heç vaxt görməyəcəklər. Bundan əlavə, Dilan Polatın həbsdə olduğu müddətdə ayda 1500 TL ( 118 manat 21 qəpik ) xərcləyə biləcəyi iddia edilib.


Xatırladaq ki, bir müdddət öncə Dilanla Enginin əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşdu. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi. Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir. Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.
6-11-2023, 08:58
Вернуться назад