11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bakıda 2000 polisin iştirakı ilə əməliyyat keçirildi: 1500-dən çox şəxs məsuliyyətə cəlb olundu

Bakıda 2000 polisin iştirakı ilə əməliyyat keçirildi: 1500-dən çox şəxs məsuliyyətə cəlb olundu
Bakıda 2000 polisin iştirakı ilə əməliyyat keçirildi: 1500-dən çox şəxs məsuliyyətə cəlb olundu


Oktyabrın 7-də Bakı şəhər Baş Polis İdarəsi ərazi polis orqanları ilə birlikdə paytaxtda ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, cinayətlərin qarşısının alınması və açılması, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2000-dən çox əməkdaşı cəlb etməklə, kompleks tədbirlər həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən May.Az-a verilən məlumata görə, nəticədə müxtəlif növ cinayət törədən 4 nəfər tutulub, axtarışda olan 29 nəfər yerləri müəyyənləşdirilərək saxlanılıb. Eyni zamanda, küçə ticarəti ilə məşğul olduqlarına görə 225 vətəndaşın barəsində müvafiq tədbir görülüb, 53 nəfər avara və dilənçiliklə, 2 nəfər isə fahişəliklə məşğul olduqlarına görə saxlanılıb, pasport rejimi qaydalarını pozmuş 1416 nəfər müəyyənləşdirilib. Xırda xuliqanlıq törətdiklərinə görə 31, antisanitariya qaydalarını pozduqlarına görə 74 nəfər, qanunsuz tikinti işləri aparan 2, reklam haqqında qanunvericiliyin tələblərini pozan 3, polisin qanuni tələblərinə qəsdən tabe olmayan 1 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tədbirlər görülüb.

Bundan əlavə, yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində Dövlət Yol Polisi Xidmətinin əməkdaşları tərəfindən paytaxt ərazisində ümumilikdə yol hərəkəti qaydalarını pozmuş 1565, onlardan kobud qayda pozuntusuna yol vermiş 223 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, o cümlədən çoxavazlı səs siqnalı, səsboğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılmış 68 nəqliyyat vasitəsi müvəqqəti duracağa yerləşdirilib, ödənilməyən cərimələri olan 192 nəqliyyat vasitəsi aşkar edilib. Bir "avtoxuliqan" saxlanılıb, avtomaşını sərxoş halda idarə edən 40, eləcə də dayanma-durma qaydalarını pozmuş 395 sürücü və yolu müəyyən olunmamış yerdən keçən 504 piyada barəsində tədbirlər görülüb.

Paytaxt ərazisində xidmətin nümunəvi təşkili və aparılması, eləcə də hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir.
Xeberler
Sabahdan hava dəyişəcək - XƏBƏRDARLIQ

Sabahdan hava dəyişəcək -...

Xeberler
Daha ölümcül koronavirus növü tapıldı: Növbəti pandemiya başlaya bilər

Daha ölümcül koronavirus növü...

Xeberler
Azərbaycan manatı 26 yaşında

Azərbaycan manatı 26 yaşında...

Xeberler
Arvadının başını qırxıb videosunu internetdə yayan kişini hansı cəza gözləyir?

Arvadının başını qırxıb videosunu...

Xeberler
Cəbhədə atışma: Ermənilər Qazaxı atəşə tutdu

Cəbhədə atışma: Ermənilər Qazaxı...

Xeberler
Zəngilan Beynəlxaq Hava Limanı Azərbaycana nələr qazandıracaq?

Zəngilan Beynəlxaq Hava Limanı...

Комментарии (0)