11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bu hərbi qulluqçular tərxis ediləcək - Prezidentdən YENİ SƏRƏNCAM

Bu hərbi qulluqçular tərxis ediləcək - Prezidentdən YENİ SƏRƏNCAM
Prezident İlham Əliyev bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzalayıb.
BiG.AZ-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli sərəncamına əsasən, hərbi xidmətə çağırılmış aşağıdakı kateqoriyadan olan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər:
1.1. üç və ya daha çox uşağı olan;
1.2. himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;
1.3. himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;
1.4. ailənin tək övladı olan;
1.5. ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;
1.6. döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;
1.7. yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;
1.8. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Xeberler
700 bal yığan abituriyentləri siz də tanıyın - SİYAHI

700 bal yığan abituriyentləri siz...

Xeberler
Nazir Elinanın məktəbinə ONU DİREKTOR TƏYİN ETDİ

Nazir Elinanın məktəbinə ONU...

Xeberler
Bakıda bomba həyəcanı: Körpünün altından partlayıcı tapıldı?

Bakıda bomba həyəcanı: Körpünün...

Xeberler
219 dərman vasitəsinin qiyməti təsdiqləndi - SİYAHI

219 dərman vasitəsinin qiyməti...

Xeberler
Ermənistan etiraf etdi: döyüşlərdə 2 əsgər, 1 zabit öldü

Ermənistan etiraf etdi: döyüşlərdə...

Xeberler
Nigar Arpadarai: "Bu il xərcimiz daha az olacaq" (EKSKLÜZİV MÜSAHİBƏ)

Nigar Arpadarai: "Bu il xərcimiz...

Комментарии (0)