11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bakının bu yolları parada görə bağlanır - SİYAHI

Bakının bu yolları parada görə bağlanır - SİYAHI


Bakıda keçiriləcək qələbə paradına hazırlıq işləri davam edir.
MAY.AZ xəbər verir ki, yol polisi bununla əlaqədar sürücülərə müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqədar texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub.
"Hazırda Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib. Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən xahiş edirik ki, hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməsin. Eləcə də Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır.
Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız "10-cu zavod dairəsi" və Babək prospektindən keçməklə hərəkət etməlidir.
Həmçinin 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Üzgüçülük hovuzunun yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa müəyyənləşdirilib.
Yeni bulvar ərazisində də şəxsi avtomobillərlə hərəkət mümkünsüz olacaq. Çünki həmin istiqamətdəki bütün yollara hərbi texnikalar yerləşdirilib", - deyə o bildirib.
V.Əsədov sürücüləri ölkə əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün qaydalara əməl etməyə çağırıb.
Xeberler
Gömrük Komitəsinin sədri: "Gecə qara, cücə qara" məsələsi yığışdırılıb

Gömrük Komitəsinin sədri: "Gecə...

Xeberler
Milli Şuranın 2 noyabr mitinqinə icazə verildi

Milli Şuranın 2 noyabr mitinqinə...

Xeberler
Azərbaycanda 5 gün İŞ OLMAYACAQ

Azərbaycanda 5 gün İŞ OLMAYACAQ...

Xeberler
Azad Rəhimov: “Ledi Qaqaya 1 milyon dollar vermişdik”

Azad Rəhimov: “Ledi Qaqaya 1 milyon...

Xeberler
Yol polisindən hava şəraiti ilə bağlı müraciət

Yol polisindən hava şəraiti ilə...

Xeberler
В Баку завершен ремонт на улице Магеррама Сеидова - ВИДЕО

В Баку завершен ремонт на улице...

Комментарии (0)