11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Dövlət başçısı: “Bu gün artıq dəyişən dünyada güc amili ön plana çıxıb”

Dövlət başçısı: “Bu gün artıq dəyişən dünyada güc amili ön plana çıxıb”

Biz birinci Qarabağ müharibəsində torpaqlarımızı nə üçün itirdik? Ona görə ki, o vaxtkı Azərbaycan rəhbərliyi öz vəzifə borcunu yerinə yetirə bilmirdi. 1992-ci ildə Şuşanın, Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi faktiki olaraq Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı və ondan sonra digər torpaqların işğalı qaçılmaz idi.
"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev işğalın səbəblərindən danışarkən söyləyib.
“Ordumuz demək olar ki, dağılmışdı, nizami ordu yaradılmamışdı, cəsarətli, qəhrəman övladlarımız, sadəcə olaraq, qəhrəman kimi vuruşaraq şəhid olurdular, torpaqlarımız əldən gedirdi. Gücümüz yox idi. Ona görə güc amili ön plana çıxdı. Bu gün artıq dəyişən dünyada güc amili demək olar ki, rəsmi qaydada ön plana çıxıbdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bunu hələ on il əvvəl proqnozlaşdırdığını, ona görə güc toplamaq üçün bütün imkanların səfərbər edildiyini bildirən Prezident İlham Əliyev deyib: “Güc isə iqtisadiyyatdır. İqtisadiyyat güclü olmasa hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq. Artıq neçə ildir ki, Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir, heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil”.
Xeberler
700 bal yığan abituriyentləri siz də tanıyın - SİYAHI

700 bal yığan abituriyentləri siz...

Xeberler
Nazir Elinanın məktəbinə ONU DİREKTOR TƏYİN ETDİ

Nazir Elinanın məktəbinə ONU...

Xeberler
Bakıda bomba həyəcanı: Körpünün altından partlayıcı tapıldı?

Bakıda bomba həyəcanı: Körpünün...

Xeberler
219 dərman vasitəsinin qiyməti təsdiqləndi - SİYAHI

219 dərman vasitəsinin qiyməti...

Xeberler
Ermənistan etiraf etdi: döyüşlərdə 2 əsgər, 1 zabit öldü

Ermənistan etiraf etdi: döyüşlərdə...

Xeberler
Nigar Arpadarai: "Bu il xərcimiz daha az olacaq" (EKSKLÜZİV MÜSAHİBƏ)

Nigar Arpadarai: "Bu il xərcimiz...

Комментарии (0)