11:12 İlham Əliyev quru sərhədlərimizin bağlı olmasından DANIŞDI   ///     09:48 İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi   ///     09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///    

SOCAR: Test imtahanları Operativ Qərargahın və TƏBİB-in qaydalarına uyğun keçirilir

SOCAR: Test imtahanları Operativ Qərargahın və TƏBİB-in qaydalarına uyğun keçirilir


"Neft sənayesində işçilərin səriştəliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir. Neftin hasilatı, qazma və emal, nəql prosesi çalışırsa, orada çalışan işçilərin də icbari olaraq dövrü işə buraxılma üzrə bilikləri yoxlanılmalı və səriştəliyi qiymətləndirilməlidir".
Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, insanlara kommunal xidmətlər göstərilməli, ölkənin iqtisadi dayanıqlığı təmin olunmalıdır: "Buna görə karantin müddətində SOCAR-ın dənizdə və quruda istismar sahələrində istehsal dayandırılmayıb. Əməliyyatların fasiləsiz, təhlükəsiz və keyfiyyətli şəkildə icra olunması məqsədilə SOCAR tərəfindən il ərzində dövri olaraq işçilərin səriştəlilikləri test üsulu ilə qiymətləndirilir. Xüsusən potensial təhlükələr olan iş şəraitində, məsələn dəniz platformalarında çalışan işçilərin dəniz şəraitində öz təhlükəsizliyini təmin etmək üçün tələb olunan biliklərin, eləcə də müxtəlif səriştəliklərinin mütəmadi şəkildə qiymətləndirilməsi qanunun tələbidir".
İ. Əhmədov bildirib ki, bununla yanaşı, OPEC+ razılaşması nəticəsində ölkəmizdə, o cümlədən, SOCAR-da bir çox quyu və yataqların işlənməsi dayandırılıb: "Fəaliyyətsiz qalan işçilərin kütləvi ixtisarına yol verməmək üçün SOCAR onların bilik və bacarıqlarını test üsulu ilə qiymətləndirir. Qiymətləndirmə prosedurunda iştirak edən işçilərin təlim ehtiyacları müəyyən edilir, onlara ixtisasartırma və ya ikinci ixtisasa yiyələnmə üçün şərait yaradılır. Qiymətləndirmə prosedurlarının elektron test üsulu ilə keçirilməsi şəffaflığın təmin olunması baxımından zəruridir".
SOCAR rəsmisi qeyd edib ki, test imtahanları SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində yaradılıb, Operativ Qərəgahın və TƏBİB-in müəyyən etdiyi qaydalara uyğun, müvafiq normaların tələblərinə cavab verən və sosial məsafənin qorunması təmin olunmuş geniş imtahan zalında (İdman zalı müvəqqəti olaraq bu məqsəd üçün hazırlanıb) təşkil edilir: "Test imtahan prosesi zamanı normativ sənədlərin tələblərinə uyğun tədbirlərin ardıcıl həyata keçirilməsi təmin edilməkdədir. Test imtahanları keçirilən inzibati binanın girişində iştirakçıların temperaturunun ölçülməsi və dezinfeksiya olunması məqsədilə müasir qurğu quraşdırılmış və imtahan zalı müxtəlif dezinfeksiya məhlulları və qoruyucu vasitələrlə (tibbi maska və s.) təmin edilib".
Xeberler
ABŞ Azərbaycan sərhədlərində dəhşətli planı işə saldı

ABŞ Azərbaycan sərhədlərində...

Xeberler / Siyasət
Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "

Prezident: "Antiterror əməliyyatı...

Xeberler / Sağlam ol
RQMM KİV üçün müsabiqə elan edir

RQMM KİV üçün müsabiqə elan edir...

Xeberler
PSJ-dən daha bir supertransfer: Neymardan sonra dünyanın ən bahalı futbolçusu

PSJ-dən daha bir supertransfer:...

Xeberler
Küçəyə səbəbsiz çıxanlar 100 manat cərimə edildi

Küçəyə səbəbsiz çıxanlar 100 manat...

Xeberler
Ev tikmək üçün prosedur asanlaşır -VİDEO

Ev tikmək üçün prosedur asanlaşır...

Комментарии (0)