11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Prezidentin bir sözü dolları ucuzlaşdırdı

Prezidentin bir sözü dolları ucuzlaşdırdı
Prezidentin bir sözü dolları ucuzlaşdırdı


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, hazırda dolların məzənnəsi şişirdilib. May.Az "APA-Economics"ə istinadən xəbər verir ki, prezidentin bu açıqlamasından sonra dollar əksər valyutalara nisbətən ucuzlaşıb.

"Hazırda dolların məzənnəsi şişirdilib, bunun əsas səbəblərindən biri də Çinin öz milli valyutasının məzənnəsinin aşağı səviyyədə saxlanılmasına yönəlmiş addımlarıdır", - deyə yeni seçilmiş prezident qeyd edib.

Bu açıqlamadan sonra avronun məzənnəsi 1,0697 dollar səviyyəsinədək yüksəlib. Halbuki ötən ticarət sessiyasında avronun məzənnəsi 1,0601 dollar idi.

Bununla yanaşı, ötən həftə 114,2 yen səviyyəsində olan dollar hazırda 113,48 yenə çatıb.

İngilis funtu isə bun gün sürətlə bahalaşıb. Böyük Britaniyanın baş naziri Tereza Meyin açıqlamalarından sonra funt dollara nisbətən 2,4%, avroya nisbətən isə 1,5% möhkəmlənib.

Baş nazir deyib ki, "Brexit"lə bağlı yekun prosedur parlamentin razılığını alacaq. Bununla yanaşı, T. Mey qeyd edib ki, Böyük Britaniya Avropa İttifaqının (Aİ) əsas tərəfdaşı olmaq niyyətindədir. Xanım siyasətçi əlavə edib ki, krallıq Aİ-nin Gömrük Şurası ilə yeni sazişin imzalanmasında maraqlıdır.
Xeberler
Bakı-Gəncə qatarların sürət həddi artırıldı

Bakı-Gəncə qatarların sürət həddi...

Xeberler
Azərbaycanlı deputat qəzaya düşdü - FOTO

Azərbaycanlı deputat qəzaya düşdü -...

Xeberler
Cəbhədə TƏXRİBAT - Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Goranboy ATƏŞƏ TUTULDU

Cəbhədə TƏXRİBAT - Tərtər, Ağdam,...

Xeberler
Rəis Bakıda saxlanılan “Lamborghini”dən danışdı

Rəis Bakıda saxlanılan...

Xeberler
Azərbaycanda həftəsonları yalnız aptek və ərzaq mağazaları işləyəcək

Azərbaycanda həftəsonları yalnız...

Xeberler
Xırdalan tuneli bağlanacaq

Xırdalan tuneli bağlanacaq...

Комментарии (0)