14:03 Bakıda toylar qadağan olunur - Müğənnilər TƏSDİQLƏDİ   ///     07:45 Bəzi yerlərə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA   ///     11:41 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ   ///     09:11 Yol polisi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib   ///     08:44 İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN   ///     08:43 Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA   ///     07:33 Bakıda və Abşeron yarımadasında leysan olacaq - XƏBƏRDARLIQ   ///     12:53 Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb   ///     09:38 Sürücülərin NƏZƏRİNƏ: DYP reydlərə başlayır   ///     09:37 İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib   ///    

Neft Daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb

Neft Daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb
Azərbaycanda müşahidə olunan faktiki havaya əsasən, Neft Daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a bildirilib ki, yanvarın 4-ü saat 13:00-a olan məlumatına əsasən bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Düşən yağıntının miqdarı Quba, Qusarda 5.0 mm, Xaltan, Qrız, Xaçmaz, Lerik, Şabranda 2.0 mm, Lənkəran, Astara, Biləsuvar, Salyan, Altıağacda 1.0 mm, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü isə Qrızda 12 sm, Ağdərədə (Ordubad) 8 sm, Xaltanda 7 sm, Göygöl, Quba, Lerik, Ordubad, Qusarda 3 sm, Şahbuzda 2 sm, Sarıbaş (Qax), Gədəbəy, Altıağacda 1 sm olub.
Şimal-qərb küləyi arabir Mingəçevirdə 28 m/s, Şəkidə 25 m/s, Daşkəsən, Qobustanda 20 m/s, Şamaxıda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15-18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.
Havanın minimal temperaturuna gəlincə isə, Bakıda və Abşeron yarımadasında 4°-dək isti, aran rayonlarında 0-2° şaxta, dağlıq rayonlarda 7-11° şaxta, Naxçıvan MR-da 4-10° şaxta olub.
Qeyd edək ki, ölkə ərazisində 5-i gün ərzində, 6-da hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Xeberler
Prezident: "Bu, bir daha bizim birliyimizi, bizim dostluğumuzu, qardaşlığımızı göstərir"

Prezident: "Bu, bir daha bizim...

Xeberler
Hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

Hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ...

Xeberler
Xətaidə su kəsilib - Səbəb

Xətaidə su kəsilib - Səbəb...

Xeberler
Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı...

Xeberler
Prezident mühafizəçi qadını təltif etdi

Prezident mühafizəçi qadını təltif...

Xeberler
Pakistandan Azərbaycana dəstək: "Bir MİLLƏT, üç DÖVLƏT"

Pakistandan Azərbaycana dəstək:...

Комментарии (0)