07:45 Bəzi yerlərə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA   ///     11:41 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ   ///     09:11 Yol polisi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib   ///     08:44 İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN   ///     08:43 Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA   ///     07:33 Bakıda və Abşeron yarımadasında leysan olacaq - XƏBƏRDARLIQ   ///     12:53 Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb   ///     09:38 Sürücülərin NƏZƏRİNƏ: DYP reydlərə başlayır   ///     09:37 İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib   ///     09:06 Prezident İlham Əliyev Zəfər parkında olub   ///    

Prezident İlham Əliyev və Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq "Ağdam-1" və "Ağdam-2" elektrik yarımstansiyalarının, "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, "Park Forest Otel Ağdam" mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub.
Daha sonra dövlətimizin başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyev burada çıxış edib.
Dövlətimizin başçısı 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməlini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olublar.
Səfərdən hazırlanan geniş reportaj fevralın 14-də təqdim ediləcək.
Xeberler
Azərbaycanda Gülən tərəfdarlarına qarşı cinayət işi açıldı - Rəsmi

Azərbaycanda Gülən tərəfdarlarına...

Xeberler
Ermənistan ordusu Qarabağda ağır itki verdi (RƏSMİ)

Ermənistan ordusu Qarabağda ağır...

Xeberler
İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI

İlham Əliyev bir qrup şəxsi təltif...

Xeberler
Sumqayıtdan Bakıya gələnlərin NƏZƏRİNƏ: İcazə verilməyəcək

Sumqayıtdan Bakıya gələnlərin...

Xeberler
Bakı polisi: "İcazə olmadan hərəkət edən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür"

Bakı polisi: "İcazə olmadan hərəkət...

Xeberler
Müdafiə nazirindən Qarabağla bağlı vacib əmr: müharibə siqnalı

Müdafiə nazirindən Qarabağla bağlı...

Комментарии (0)