09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Bakı metrosunda terrordan 28 il keçir

Bakı metrosunda terrordan 28 il keçir
Bu gün "20 Yanvar" metrostansiyasında terror aktının törədilməsindən 28 il keçir.
MAY.AZ oxu.az-a istinadən xəbər verir ki, 1994-cü il mart ayının 19-u saat 13:00-da "20 Yanvar" metrostansiyasında partlayış baş verib. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.
Ölənlər arasında terror hücumunun icraçısı Oktay Qurbanov və xalq artisti, bəstəkar Rafiq Babayev də olub. Partlayışdan sonra metrostansiyasının tavanının bəzi hissələrində çöküntülər əmələ gəlib.
Cinayət törətmək şübhəsiylə, terrorçu fəaliyyətlə məşğul olan separatçı "Sadval" təşkilatının üzvləri həbs olunub. İstintaqa əsasən, terror aktının təşkilatçıları və təqsirləndirənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurmuş və 1992-ci ilin aprel-may aylarında 30 nəfər Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçib.
İstintaq zamanı müəyyənləşdirilmişdir ki, terrorçular təlimata uyğun olaraq, "20 Yanvar" metrostansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Heydər Əliyev Sarayında və Bakı Lampa Zavodunda da partlayışlar törətməyi planlaşdırıb.
Terror aktı faktına görə, 11 nəfər məhkum edilib, onlardan ikisi ölüm cəzasına (güllələnmə), digər doqquz nəfər isə müxtəlif zamana həbs cəzasına məhkum edilib.
19 mart 1994-cü ildə baş vermiş bu terror aktı nəticəsində həlak olan insanların adları "20 Yanvar" metrostansiyanın divarına həkk olunaraq əbədiləşdirilib.
Xeberler
"Qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram" - Ərdoğan

"Qardaşlığımızın güclənərək davam...

Xeberler
Bakıda komendanta bıçaqla hücum edən trans "Səbiş" barədə GÖZLƏNİLMƏZ QƏRAR

Bakıda komendanta bıçaqla hücum...

Xeberler
Banklarda bu kartlara qadağa qoyuldu: əməliyyatlar dayandırıldı

Banklarda bu kartlara qadağa...

Xeberler
Toy və yasların keçirilməsi ilə bağlı AÇIQLAMA

Toy və yasların keçirilməsi ilə...

Xeberler
Ordumuzun baş leytenantı şəhid olub

Ordumuzun baş leytenantı şəhid olub...

Xeberler
Azərbaycanda tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ AÇIQLAMA

Azərbaycanda tibbi maskadan...

Комментарии (0)