11:41 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ   ///     09:11 Yol polisi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib   ///     08:44 İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN   ///     08:43 Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA   ///     07:33 Bakıda və Abşeron yarımadasında leysan olacaq - XƏBƏRDARLIQ   ///     12:53 Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb   ///     09:38 Sürücülərin NƏZƏRİNƏ: DYP reydlərə başlayır   ///     09:37 İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib   ///     09:06 Prezident İlham Əliyev Zəfər parkında olub   ///     07:06 Vətən müharibəsinin 4-cü ildönümü: Xalqımız şəhidlərin xatirəsini anır   ///    

Metroda maska taxılacaq? - RƏSMİ AÇIQLAMA

Metroda maska taxılacaq? - RƏSMİ AÇIQLAMA
Bakı Metropoliteni koronavirus pandemiyası dövründə sərnişindaşıma və tibbi maskalardan istifadə ilə bağlı məlumat yayıb.
Bakı Metropoliteni QSC-dən MAY.AZ-a bildirilib ki, koronavirus pandemiyası elan edildiyi dövrdən metropolitenin fəaliyyətində bu və digər tənzimləmələr tətbiq edilib.
2020-ci il martın 29-31-də sərnişinlərinə gün ərzində cəmi 5 saat xidmət göstərən Bakı metropoliteni tarixində ilk dəfə həmin il aprel ayının 1-dən may ayının 9-una qədər 38 gün sərnişin daşımayıb.
Xüsusi karantin rejimi müddətində sərnişndaşıma fəaliyyəti may ayının 9-u səhər saat 06:00-da bərpa edilən metropolitendə pandemiya dövründə ən mühüm və zəruri qaydalardan biri tətbiq edilib. Bu, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbinin məcburi olması idi. Bu qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il may ayının 1-dən qüvvəyə minən qərarı ilə 728 gündən sonra metropolitendə ləğv edilib:
"Onu da əlavə edək ki, ötən dövr ərzində metropolitenin sərnişindaşıma fəaliyyəti daha iki dəfə tam məhdudlaşdırılıb. Yuxarıda qeyd edilən müddətdən savayı, Nazirlər Kabinetinin qərarları ilə metropoliten 2020-ci il iyul ayının 4-dən sentyabr ayının 14-dək 72 gün, 2020-ci il oktyabrın 19-dan 2021-ci il may ayının 31-dək 226 gün sərnişin daşımayıb. İstirahət və bir sıra bayram günləri də daxil olmaqla, Bakı metropoliteni ötən müddət ərzində 377 gün sərnişindaşıma xidməti göstərməyib".
Beləliklə, pandemiya dövründə sərnişinlər Bakı metropolitenindən istifadə etdikləri 389 gün ərzində tibbi maska, yaxud tənəffüs yollarını qoruyan digər fərdi vasitələrdən istifadə etməli olublar.
May ayının 1-dən metropoliten ərazisində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi sərbəstdir.
Xeberler
Hafiz Paşayev vəzifəsindən azad olunması üçün Prezidentə müraciət etdi

Hafiz Paşayev vəzifəsindən azad...

Xeberler
Nazirlər Kabinetində mühüm ixtisarlar - 8 şöbə müdiri işdən çıxarıldı

Nazirlər Kabinetində mühüm...

Xeberler
Ərinin əmisi oğlu ilə yatan qadınla bağlı ŞOK: "Həmin kişinin qardaşı ilə də cinsi əlaqədə olubmuş"

Ərinin əmisi oğlu ilə yatan qadınla...

Xeberler
Azərbaycanda karantinlə bağlı XOŞ XƏBƏR: Gələn aydan... - VİDEO

Azərbaycanda karantinlə bağlı XOŞ...

Xeberler
Prezident onları mükafatlandırdı - SİYAHI

Prezident onları mükafatlandırdı -...

Xeberler
Bakıda mobil telefonlar kəskin ucuzlaşdı (QİYMƏTLƏR)

Bakıda mobil telefonlar kəskin...

Комментарии (0)