09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Azərbaycanda pensiyalar artacaq – TARİX AÇIQLANDI

Azərbaycanda pensiyalar artacaq – TARİX AÇIQLANDI
"2026-cı ilə qədər Azərbaycanda pensiyaların artırılması prioritet məsələlərdən biridir. 2022-ci ildəki orta aylıq əmək haqqındakı faiz dərəcəsinə uyğun olaraq, 2023-cü ilin yanvar ayında pensiya məbləğlərinin indeksiyası həyata keçiriləcək və pensiya məbləğlərində artım müşahidə olunacaq. Bu artımlar növbəti illərdə də davam edəcək".
Bunu açıqlayan Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda göstərilən məsələ ilə bağlı müddəaları şərh edib.
Onun sözlərinə görə, sənəddə nəzərdə tutulan istiqamətlərdən biri də əhalinin sosial təminatının daha da gücləndirilməsi ilə bağlıdır: "Sosial sahə Strategiyada xüsusi olaraq diqqətdə saxlanılır. Buna uyğun olaraq, pensiya və əmək haqlarında artımın dövlət tərəfindən dəstəklənməsi, o cümlədən dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitlərin həcminin artırılması proqnozlaşdırılır.
Ümumiyyətlə, hesab edirəm ki, qeyri-neft sektorunun güclənməsi və ixrac imkanlarının artırılması ölkəyə daha çox valyutanın daxil olmasına imkan verəcək. Bu da nəticə etibarilə sosial təminat üçün yeni maliyə bazasını formalaşdırır"./Publika.az
Xeberler
Sabahın hava proqnozu AÇIQLANDI - 27.07.2024

Sabahın hava proqnozu AÇIQLANDI -...

Xeberler
İş saatı bitən maşinist qatarı saxlayıb evə getdi

İş saatı bitən maşinist qatarı...

Xeberler
Mingəçevir SES ətrafında yer və göy necə qorunur?

Mingəçevir SES ətrafında yer və göy...

Xeberler
Vəbaya yoluxanların sayı 74 nəfərə çatdı

Vəbaya yoluxanların sayı 74 nəfərə...

Xeberler
Məmurların rəhbərlik etdiyi idman federasiyaları: Kim nə işlə məşğuldur?

Məmurların rəhbərlik etdiyi idman...

Xeberler
Vilayət Eyvazov keçmiş polis rəisinə vəzifə verdi

Vilayət Eyvazov keçmiş polis...

Комментарии (0)