11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

BSU rektoru rus dilində danışmağın qadağan edilməsi iddiasından danışdı

BSU rektoru rus dilində danışmağın qadağan edilməsi iddiasından danışdı
BSU rektoru rus dilində danışmağın qadağan edilməsi iddiasından danışdı


"Bir müddət əvvəl söhbət çıxardılar ki, Nurlana xanım Bakı Slavyan Universitetində rus dilində danışmağı qadağan edib. Gərək nə qədər bəsit düşüncəli olasan ki, bu sözə inanasan".

"Report" xəbər verir ki, bu sözləri Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlanə Əliyeva deyib.

O bildirib ki, bəzi jurnalistlər bu cür fikirləri, məlumatları yazırlar: "Bakı Slavyan Universitetində rus dilində danışmağı necə qadağan etmək olar? Rus dilinə xor baxanlara biz də xor baxırıq".

N.Əliyeva qeyd edib ki, tələbələrin BSU-da rus dilini daha dərindən öyrənmələri üçün müxtəlif tədbirlər həyata keçirilir: "Biz tələbələrin nəinki rus dilini, yapon, ingilis, alman və s. dillərini öyrənmələrini istəyirik. BSU-da 300-ə yaxın əcnəbi tələbə də təhsil alır".

N.Əliyeva rektorluğu müddətində onunla bağlı yayılan bəzi məqamlara da toxunub: "Gah dedilər ki, Nurlana Əliyeva tələbələrin universitetə şortiklə gəlməsini qadağan edir. Gah dedilər ki, rektor ikinci mərtəbəyə qalxmağa görə, özü üçün lift qoşdurur. Mən o liftdən bir il ərzində bir-iki dəfə istifadə etmişəm. Amma bizim yaşlı əməkdaşlarımız var ki, bu liftə görə mənə nə qədər təşəkkür edirlər. Fəhlələr universitetdə təmir işlərini aparanda özüm də onlarla bərabər burada olurdum və işlərə nəzarət edirdim. Universitetin bəzi avadanlıqları, mebelləri yararsız vəziyyətdə idi, onların hamısnı yenilədik".
Xeberler
Bakı-Ələt-Qazax yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı-Ələt-Qazax yolunda nəqliyyatın...

Xeberler
Dolların sabaha olan məzənnəsi açıqlandı: bahalaşdı

Dolların sabaha olan məzənnəsi...

Xeberler
Əli Əhmədov "uşaq pulu" məsələsinə aydınlıq gətirdi

Əli Əhmədov "uşaq pulu" məsələsinə...

Xeberler
2018-ci ildə Vəzifəyə təyin olunanlar - SİYAHI

2018-ci ildə Vəzifəyə təyin...

Xeberler
ABŞ Azərbaycan sərhədlərində dəhşətli planı işə saldı

ABŞ Azərbaycan sərhədlərində...

Xeberler
Narazılıq artır: 50 manatlıq cərimə əvəzinə 150 manatlıq cərimə

Narazılıq artır: 50 manatlıq cərimə...

Комментарии (0)