11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycanda ilk dəfə ananın qabırğasından qulaq düzəldildi

Azərbaycanda ilk dəfə ananın qabırğasından qulaq düzəldildi
Azərbaycanda ilk dəfə ananın qabırğasından qulaq düzəldildi


Azərbaycanda ilk dəfə, dünyada isə ikinci dəfə olaraq bir uşağa anasından alınan qabırğa ilə yeni qulaq düzəldilib.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu əməliyyat Bakıda yerləşən"İstanbul NS" klinikasında plastik/rekonstruktiv və estetik cərrahiyyə uzmanı Dr.Dilqəm Məmmədov tərəfindən həyata keçirilib.

Belə ki, doğuşdan qulağı olmayan 14 yaşlı L.A-ya anasından alınan qabırğa ilə yenidən qulaq düzəldilib.

Bu problemin tibbdə adı "Microtia" olaraq bilinir. Bu patolojiyada pasiyentlər həkim qarşısına ya qulağin tam şəkildə olmaması (anotia) və ya bir hissəsinin inkişaf etməməsi səbəbi ilə gəlirlər.

Adıçəkilən problem dünyada orta hesabla hər 6 min canlının doğumunda bir dəfə müşahidə edilir. Səbəbi bəzən genetik problemler, ana hamilə olduğu vaxt geçirdiyi xəstəliklər və istifadə etdiyi dərmanlar olsa da, çox vaxt səbəbi bilinməyən proseslərdən də ortaya çıxır.

Azərbaycanda ilk dəfə və dünyada 2-ci dəfə baş tutan bu əməliyyat 3 mərhələdə həyata keçirilib.

İlk mərhələdə anadan 8 qabırğa qığırdağı alınıb. İkinci mərhələdə pasiyentin inkişaf etməmiş qulağı mövcud olacaq qulağına uygun şəkildə hazırlanıb. Üçüncü mərhələdə isə ana qabırğasından hazırlanan yeni qulaq pasiyentə uğurlu bir şəkildə transplantasiya edilib.

Əməliyyat təxminən 6 saat davam edib. Hər iki pasiyentin əməliyyat sonrası vəziyyəti yaxşıdır. Növbəti mərhələdə ortalama sağalma müddəti 1-6 ay qədər çəkməkdədir.
Xeberler
İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI

İlham Əliyev bu şəxsləri təltif...

Xeberler
Metro bu tarixə qədər işləməyəcək

Metro bu tarixə qədər işləməyəcək...

Xeberler
Bakıda bütün taksilərə xəbərdarlıq edildi

Bakıda bütün taksilərə xəbərdarlıq...

Xeberler
AQTA: Sahibkarlıq subyektlərinin fəaliyyətinin qadağan olunması nəzərdə tutulmayıb

AQTA: Sahibkarlıq subyektlərinin...

Xeberler
Əhaliyə şad xəbər - Ailə Məcəlləsinə vacib dəyişiklik edildi

Əhaliyə şad xəbər - Ailə...

Xeberler
Mübariz İbrahimovun anası sağdır — EVİNDƏN FOTO

Mübariz İbrahimovun anası sağdır —...

Комментарии (0)